Mərkəzi Bank: “ÜDM-in 5%-i qədər profisit gözlənilir”

2014-cü ilin sonundan bəri həyata keçirilən dərin makroiqtisadi manevr və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar, eləcə də dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycanın tədiyə balansının yaxşılaşmasını təmin edib.

Banker.az-a bunu Azərbaycan Mərkəzi Bankından deyiblər.

Məlumatda deyilir ki, 2017-ci ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 5%-i qədər profisit gözlənilir. Xarici ticarət balansının profisiti 5 mlrd. ABŞ dolları təşkil etmişdir ki, bu da ötən illə müqayisədə (0.5 mlrd. ABŞ dolları) 10 dəfə çoxdur. İxrac 52%, o cümlədən qeyri-neft ixracı 23% artmışdır. Ticarət balansı ilə yanaşı xidmətlər, eləcə də ilkin və təkrar gəlirlər balansında da yaxşılaşma müşahidə olunmuşdur. Xidmətlər balansının kəsiri əhəmiyyətli azalmış, turizm xidmətləri üzrə müsbət saldo əldə olunmuşdur. Kapital və maliyyənin hərəkəti hesabında da müsbət saldo olub.  

Ölkənin tədiyə balansının yaxşılaşması şəraitində 2017-ci ildə strateji valyuta ehtiyatları 11%-dən çox artmışdır.

Proqnozlara görə xarici mühitdə pozitiv meyillərin 2018-ci ildə də davam edəcəyi gözlənilir.   

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər