Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək.
Bu gün keçiriləcək depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 28 gün təşkil edir.
Hərrac üzrə faiz dərəcələri 4,01%-6,99% təşkil edir.
Hərrac “Bloomberg” ticarət platformasında keçiriləcək. /APA