7 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank vətəndaşlarla görüşü təxirə salır -‘Skype’dan gerçəkləşdirir

Azərbaycan Republikasının Baş Nazirinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və dövlət qurumlarına ünvanlanmış məktubunda koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə 16.03.2020-ci il tarixində verilmiş tapşırıqlar nəzərə alınmaqla Azərbaycan Respublikasının Mərkəzi Bankında vətəndaşların müraciətlərinin qəbulu rejiminə müvafiq dəyişikliklərin tətbiqinə başlanılmışdır.

Mərkəzi Bankın inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə salınması ilə əlaqədar Mərkəzi Bankda fəaliyyət göstərən qaynar xəttin iş rejimi gücləndirilmiş, operatorların sayı artırılmış, iş günlərində qaynar xəttin fasiləsiz iş qrafiki təmin edilmiş, “Skype” proqramı vasitəsilə onlayn rejimində videoqəbul təşkil olunmuşdur. Bununla əlaqədar vətəndaşlardan aşağıdakıların nəzərə alınması xahiş olunur:

  • Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yazılı qaydada poçt, elektron qaydada isə “Elektron müraciətlər sistemi” (https://contact.e-cbar.az/) vasitəsilə həyata keçirilir.
  • Yazılı müraciətlər Mərkəzi Bankda quraşdırılmış məktublar qutusuna atıla bilər;
  • Müraciətlərin qəbulu və onların icra vəziyyəti ilə bağlı vətəndaşların məlumatlandırılması +99412 493-50-58 qaynar xətt və +99412 493-11-22 telefon nömrəsi vasitəsi ilə həyata keçirilir.
  • Vətəndaşların “Skype” proqramı üzərindən [email protected] elektron ünvana zəng etməklə videoqəbulu həyata keçirilir.

Yuxarıda qeyd edilən məsələlərlə bağlı çətinliklər yarandığı təqdirdə +99412 493-50-58 qaynar xətlə əlaqə saxlayaraq məlumat verməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər