Mərkəzi Bank valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən aparılan valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini müəyyən edəcək.
Bu, Prezident İlham Əliyevin fərmanı ilə “Valyuta tənzimi haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməlidir. Qanuna əsasən, bu orqan Mərkəzi Bank olacaq.
Ərizə müvafiq qaydada tərtib olunmalıdır.