2 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank valyutanın “qara bazarı” ilə bağlı açıqlama verib

Mərkəzi Bank “qara bazar”ı idarə etməsilə bağlı iddialara cavab verib.

Qurumun mətbuat xidmətindən Banker.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzi Bank tərəfindən 21 dekabr 2015-ci il tarixində “idarə olunan üzən məzənnə” rejiminə keçilməsi ilə əlaqədar həmin tarixdən etibarən valyuta bazarına müdaxilə, elan olunmuş məzənnə rejiminə uyğun olaraq valyuta hərracları vasitəsilə həyata keçirilir:

“Hazırda hərraclar Dövlət Neft Fondunun vəsaitləri hesabına ABŞ dollarının satışı formasında həftədə iki dəfə Mərkəzi Bank tərəfindən təşkil olunur. Hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl Bloomberg terminalı vasitəsilə hərrac iştirakçılarına elan edilir.

Buna da bax: “Qara bazar”da dollar satışı dayandırıldı

Hər bir iştirakçı bankın valyuta ehtiyacı (sifarişi) elektron ticarətdə şəffaf şəkildə keçirilən hərracda təklif olunan valyuta məbləğinin tələbin ümumi həcminə olan nisbətində təmin olunur. Hərrac bitdikdən sonra isə onun nəticələri geniş ictimaiyyətə də açıqlanır”.

Açıqlamada qeyd olunub ki, valyuta hərraclarında satışlar məqsədli (təyinatlı) əsasda həyata keçirilmir:

“Kommersiya bankları mövcud bank və valyuta qanunvericiliyinə uyğun olaraq hərraclarda alınan valyutanın hansı təyinatlara istifadəsini özləri müəyyən edirlər. Bu zaman qanunvericiliyə banklar tərəfindən riayət olunmasına müvafiq qurumlar tərəfindən nəzarət olunur”.

 

Banker.azın verdiyi məlumata görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahdi Əhmədov da parlamentin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı bildirib ki, Dövlət Neft Fondunun və Mərkəzi Bankın banklar üçün hərraca çıxardığı dollar sonradan kimlərinsə əli ilə “qara bazarlar”a buraxılır:

“Neft Fondu və Mərkəzi Bankın hər həftə hərraca çıxardığı və bankların aldığı dollarlar bankların öz əlləri ilə, müəyyən şəxslərin vasitəsilə ilə “qara bazar”a çıxarılır.

 

Son xəbərlər
Digər xəbərlər