16 C
Baku
Thursday, April 25, 2024

Mərkəzi Bank yanında Maliyyə Monitorinq xidməti – bank sistemində “fırlanan” çirkli pullara nəzarət sistemi

Bank işçilərinin çoxunun bu qurum haqqında az-çox məlumatı var. Qurum , Mərkəzi Bankın nəznində fəaliyyət göstərməsinə baxmayaraq, kifayət qədər güclü səlahiyyətlərinin olması onları müəyyən mənada qüdrətli bir quruma çevirmişdir.

Bu qurumun digərlərindən fərqləndirən cəhəti həmçinin , onlar Adam Smitin sözləri ilə desək “Görünməz əl” prinsipi ilə işləmələrindədir.

Maliyyə Monitorinq xidməti Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanı ilə yaradılmışdır.

Qurumun məqsədləri və funksiyaları

Maliyyə monitorinq xidməti loru dildə desək, bank sistemində olan vəsaitlərin qeyri-qanuni işlərə yönləndirilməsinə nəzarət edən bir qurumdur.

Qurumun fokuslaşdığı əsas istiqamətlər aşağıdakı kimidir:

  • cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində müvafiq məlumatları toplayır, təhlil edir, aparılmış təhlil nəticəsində həyata keçirilən əməliyyatda cinayətin əlamətlərini müəyyən etdikdə məlumatları aidiyyəti dövlət orqanlarına göndərir;
  • cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində normativ tənzimləməni həyata keçirir;
  • cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarət funksiyalarını həyata keçirir;
  • cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində vahid informasiya sisteminin tətbiqini təmin edir;
  • cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələrini təmin edir.

Əslində qeyd olunan funksiyaların kifayət qədər ümumi olması , heçdə bu halların aşkarlanaraq bank işçisi tərəfindən rəhbərliyə,onlarda öz növbəsində Maliyyə Monitorinq xidmətinə məlumat verməsi mümkünsüz bir şey deyildir. Çünki qurum artıq bu tip faktorların kateqorizasiyasın aparıb və xüsusi hallar müəyyən edib ki, bu tip şübhəli nüanslar olduqda məlumat verilsin.

Yuxarıda qeyd etdiyimiz şübhəli faktorların ətraflı təsnifatı bu sənəddə verilmişdir.

Müştərilər və sıravi bank işçilər arasında ən populyar nüans əmanətlərlə bağlıdır. 20 000 manatdan (və ya ekvivalenti) artıq qoyulan bütün əmanətlər haqqında informasiya həqiqətəndə Maliyyə Monitorinq xidmətinə göndərilir.

Qurum kifayət qədər qapalı olduğundan, daxil olunan məlumatların onların necə təhlil etdiyi haqqında informasiya əldə etmək bir o qədər çətindir.

Həmçinin, qurumun operativ olaraq sanksiya qoyulan şəxslərlə bağlı xüsusi siyahının davamlı olaraq yeniləməsi tədqirə layiq addımdır. Bu siyahı ilə hər bir bank işçisinin tanış olmasını tövsiyyə edirik – Azərbaycandan kifayət qədər şəxs vardır orada. Bu siyahıda olan şəxslərin kreditləşməsi gələcəkdə bank üçün böyük baş ağrısına çevrilə bilər.

Qeyd edək ki, banklar apardıqları əməliyyatlarda şübhəli bilinən nüanslar haqqında hər ay bu quruma hesabatlıdırlar.

Sonda, Maliyyə monitoinq xidmətinin hansı təşkilatları yoxlamaq hüququnun olduğunu qeyd etmək istərdik. Monitorinq iştirakçılarına aşağıdakı fiziki və ya hüquqi şəxsləri əhatə edir:

  • kredit təşkilatları;
  • sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçiləri;
  • qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, qiymətli kağızların idarə olunması üzrə peşəkar fəaliyyəti həyata keçirənlər;
  • lizinq xidmətləri göstərən kredit təşkilatları;
  • pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələr və digər təşkilatlar;
  • lombardlar;
  • investisiya fondları;
  • qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər;
  • öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı qeyri-hökumət təşkilatı və ya dini təşkilat;
  • lotereya təşkilatçısı;
  • daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər.

Qurumla əlaqə üçün qaynar xətt: 99412 493 30 66

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər