Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 08 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılmış “YAŞAT” Fonduna ediləcək ianələrin Mərkəzi Bankın operatoru olduğu “Hökumət Ödəniş Portalı” vasitəsilə də qəbulu imkanı yaradılmışdır.
İctimaiyyətin diqqətinə çatdırırıq ki, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (https://gpp.az/yasat) və mobil tətbiqindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.
Məlumat üçün bildirilir ki, Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində (http://vxsida.gov.az/az/article/1484) yerləşdirilmişdir.
“YAŞAT” Fondunun bank rekvizitləri
Bankın adı: | Azərbaycan Respublikası Beynəlxalq Bankı Mərkəzi filial |
Bankın ünvanı: | Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Tağıyev küç. 3 |
Bankın telefonları: | (+99412) 937 |
Kod: | 805722 |
VÖEN: | 1701393691 |
Müxbir hesab: | AZ03NABZ01350100000000002944 |
S.W.İ.F.T Cod: | IBAZAZ 2X |
Benefisiarın adı: | YAŞAT FONDU |
VÖEN: | 1701393691 |
Hesablaşma hesabları: | |
AZN | AZ76IBAZ38090019447968925204 |
TRY | AZ98IBAZ38190019497968925204 |
USD | AZ66IBAZ38190018407968925204 |
EUR | AZ46IBAZ38190019787968925204 |
RUR | AZ83IBAZ38190018107968925204 |
GBP | AZ61IBAZ38190018267968925204 |