Azərbaycan Mərkəzi Bankı (AMB) və Asiya İnkişaf Bankı (ADB) arasında əməkdaşlığın gələcək inkişaf istiqamətləri müzakirə edilib.
Banker.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov “Twitter” hesabında bildirib.
“Dünən ölkəmizdə səfərdə olan ADB-nin İcraçı direktoru Rachel Thompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük, əməkdaşlığımızın cari vəziyyətini və gələcək inkişaf istiqamətlərini müzakirə etdik”, – deyə o qeyd edib.