7 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bankda “Kibercinayətkarlıq və bank sistemində fırıldaqçılıqla mübarizə” mövzusunda seminar keçirilmişdir

Mərkəzi Bankda 28 oktyabr 2014-cü il tarixində “PricewaterhouseCoopers” (PwC) audit şirkətinin təşkilatçılığı ilə “Kibercinayətkarlıq və bank sistemində fırıldaqçılıqla mübarizə” mövzusunda seminar keçirilmişdir.

Seminar PwC-nin bank işi, eləcə də enerji sektorlarında dövlət və özəl qurumlar üçün texnologiya, strategiya və risk menecmenti mövzusunda məsləhət xidmətləri üzrə eksperti Trevor Haqan tərəfindən aparılmışdır.

Seminarın məqsədi maliyyə bazarında baş verə biləcək fırıldaqçılıq hallarının qarşısının alınması, elektron ticarətdə ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə risklərin minimallaşdırılması yolları, bankların daxili şəbəkələrinin xarici müdaxilələrdən və xaker hücumlarından qorunmasının üsulları barədə bank əməkdaşlarının maarifləndirilməsindən ibarət olmuşdur.

Seminarda respublikada fəaliyyət göstərən kommersiya banklarının informasiya təhlükəsizliyinə məsul şəxsləri və Mərkəzi Bankın əməkdaşları iştirak etmişdir.

Bank sistemində plastik kartlar vasitəsilə aparılan əməliyyatlar nəticəsində nağdsız ödənişlərin getdikcə çoxalması, həmçinin bank xidmətlərində internet və mobil alətlərdən geniş istifadə olunması informasiya təhlükəsizliyi sahəsində mövcud risklərin artması ilə müşaiyət olunur. Bankların üzləşə biləcəyi fırıldaqçılıq hallarının qarşısının alınması, qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi, habelə informasiya təhlükəsizliyi sahəsində çalışan bank əməkdaşlarının bilik və bacarıqlarının artırılması baxımından seminarın müsbət əhəmiyyəti olmuşdur.

2_normal

1_normal

Son xəbərlər
Digər xəbərlər