Dünən Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasının ümumi yığıncağı keçirilib.
Bu yığıncaqda bütün kommersiya banklarının rəhbərləri iştirak edib.
İclasda problemli kreditlərlə bağlı güzəştlər paketi müzakirə olunub. Müzakirələr zamanı güzəştlər paketinə dair müəyyən qərarlar qəbul edilib. Banker.az bildirir ki, bu məlumatı “modern.az” saytı etibarlı mənbədən alıb.
Qəbul edilmiş qərarlar isə Maliyyə Nazirliyinə və müvafiq qurumlara göndərilib.
Xatırladaq ki, Prezident İlham Əliyev iki gün öncə keçirdiyi müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib.
Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb.
Yaxın vaxtlarda bu məsələyə dair sərəncam veriləcəyi gözlənilir.