Mərkəzi Bankda sığorta sektorunun rəhbər şəxsləri ilə növbəti dəfə görüş keçirilib.
Banker.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Görüş zamanı sektor üzrə ötən rübə dair göstəricilər və ortamüddətli perspektivdəki strateji təşəbbüslər nəzərdən keçirilib. Həmçinin sığorta sektorunun inkişaf tendensiyaları və çağırışları, potensial imkanları və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.