25 C
Baku
Friday, April 19, 2024

Mərkəzi Bankda təcrübə toplamaq itsəyənlər üçün müsabiqə elan edildi

Azərbaycan Respublikasının Mərkəzi Bankı 2019-cu il İnternatura proqramına qəbul üçün müsabiqə elan edir.

İnternatura proqramına iş təcrübəsi olmayan, bakalavr pilləsinin sonuncu kurs tələbələri, o cümlədən magistr tələbələr aşağıdakı istiqamətlər üzrə müraciət edə bilərlər: İqtisadiyyat; Kompüter elmləri və informasiya texnologiyaları; Maliyyə; Mühasibat uçotu; Menecment; Tətbiqi riyaziyyat.

İnternatura proqramı 02 iyul-13 sentyabr 2019-cu ilədək olan müddəti əhatə edir. Müraciət anketini Mərkəzi Bankın internet səhifəsində (www.cbar.az) “Karyera imkanları” bölməsinə daxil olaraq doldura bilərsiniz.

Müraciət et

Son müraciət tarixi 15 fevral 2019-cu ildir.

Son xəbərlər
Digər xəbərlər