17 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) hər birinin 30 milyon manat həcmində dəyəri olan 168 gün və 252 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Banker.az bunu BFB-ya istinadla xəbər verir.
168 gün, AZ2035024705 dövlət qeydiyyat nömrəli. Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 98.0329 (4.3%) manat və 98.0915 (4.17%) manat olan 14 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,367,400 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.0553 (4.25%) və orta ölçülmüş qiyməti 98.0662 (4.23%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 04.05.2023-cü ildir.
252 gün, AZ2036024704 dövlət qeydiyyat nömrəli. Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 96.7820 (4.75%) manat və 96.9795 (4.45%) manat olan 14 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,580,700 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96.7820 (4.75%) manat və orta ölçülmüş qiyməti 96.8325 (4.67%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 27.07.2023-cü ildir.
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.
Mərkəzi bankın notları isə 28, 84, 168 və 252 günlük olmaqla ticarətə buraxılır və təyinatına görə Mərkəzi bank tərəfindən pul kütləsinin tənzimlənməsi (sterilizasiyası) aləti kimi istifadə olunur. Buraxılış xüsusiyyətlərinə görə notlar istiqrazlarla eyni kateqoriyaya aid edilir və istiqraz forması olaraq diskontlu istiqraz kimi tədavülə buraxılır. Yəni tədavül müddətinin sonunda emitent tərəfindən investora istiqrazın nominal qiymətlə tam həcmi ödənilir.