11 C
Baku
Monday, November 18, 2024

Mərkəzi Bankdan daha 60 mln. manatlıq “müdaxilə”

27 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) hər birinin 30 milyon manat həcm dəyərdə olan 252 gün (AZ2024024708) və 168 günlük (AZ2023024709) notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

262 gün. Hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 95.9652 (6.01%) manat və 96.8936 (4.58%) manat olan 19 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 63 841 800 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96.8477 (4.65%) manat və orta ölçülmüş qiyməti 96.8601 (4.63%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 06.07.2023-cü ildir.

168 gün. Hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 97.2762 (6 %) manat və 98.0558 (4.25%) manat olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 64,842,400 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.0104 (4.35%) və orta ölçülmüş qiyməti 98.0256 (4.32%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 13.04.2023-cü ildir

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər