11 C
Baku
Monday, November 18, 2024

Mərkəzi Bankdan iqtisadiyyata daha 30 mln. manatlıq “müdaxilə” – Bu nə deməkdir?

Bakı Fond Birjasında 2 noyabr 2022-ci il tarixində Azərbaycan Mərkəzi Bankının (№: AZ2025024707) 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az BFB-yə istinadla xəbər verir ki, hərrac zamanı 7 investor (bank nəzərdə tutulur) tərəfindən qiymət intervalı 99.5895 (5.3%) manat və 99.7130 (3.7%) manat olan 12 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42 501 800 manat olmub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.6899 (4%) manat, orta ölçülmüş qiyməti isə 99.7011 (3.85%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat manat təşkil edib.

Notların ödəmə tarixi 30 noyabr 2022-ci ildir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Mərkəzi bankın notları 28, 84, 168 və 252 günlük olmaqla ticarətə buraxılır və təyinatına görə Mərkəzi Bank tərəfindən pul kütləsinin tənzimlənməsi (sterilizasiyası) aləti kimi istifadə olunur.

Buraxılış xüsusiyyətlərinə görə notlar istiqrazlarla eyni kateqoriyaya aid edilir və istiqraz forması olaraq diskontlu istiqraz kimi tədavülə buraxılır. Yəni tədavül müddətinin sonunda emitent tərəfindən investora istiqrazın nominal qiymətlə tam həcmi ödənilir.

Son xəbərlər
Digər xəbərlər