16 C
Baku
Wednesday, May 1, 2024

Mərkəzi Bankdan Premium Bank ilə bağlı “məcburi sərəncam”

Azərbaycan Mərkəzi Bankı tərəfindən “Premium Bank” ASC ilə bağlı “məcburi sərəncam” göstərişi verilib.

Qeyd edilir ki, “Premium Bank” ASC tərəfindən xarici valyutada likvidliyin örtülmə əmsalının düzgün hesablanmaması nəticəsində yanvar ayının sonuna Mərkəzi Banka təqdim edilən hesabatda Mərkəzi Bankın “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarı saxlanması tələbini təmin etmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq Mərkəzi Bank tərəfindən “Premium Bank” ASC-yə bu sahədə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Qeyd edək ki, həmin maddədə qeyd edilir ki, 2023-cü ilin 01 dekabr tarixinə likvidliyin örtülmə əmsalı məcmu halda və xarici valyutada ayrılıqda 100 faiz və ya bundan yuxarı olan banklar həmin əmsalların 100 faizdən aşağı həddə düşməməsini təmin etməlidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər