14 C
Baku
Wednesday, April 24, 2024

Mərkəzi Bankdan rəsmi: Avro Azərbaycanda son 5 ilin minimumuna düşüb

Azərbaycanda avronun məzənnəsi son 5 ilin minimumuna düşüb.

Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının 27 aprel 2022-ci il tarixinə olan rəsmi məzənnəsinə görə, 1 avro 1.8101 manat təşkil etməklə 2017-ci ilin aprelin 17-dən (1.8079) bu tərəfə minimumlara düşüb.

Manat əsasən ABŞ dolları ilə 2017-ci ilin martından sabit məzənnə ilə – 1.7 səviyyəsində hərəkətsiz qalıb. Beləliklə, dollar bahalaşdıqda, manatda dollarla korrelyasiya edir.

Hazırda avro əsasən ABŞ dolları qarşısında Avrozonanın iqtisadi göstəricilərinin və şərq sərhədlərində baş verən qanlı savaş fonunda ucuzlaşır. Əlavə olaraq regiondakı inflyasiyaya rəğmən Avropa Mərkəzi Bankı faizləri okeanın o biri tayında olan rəqibi ABŞ FED-i kimi kəskin faiz artımına getmir.

EUR/USD 2017-ci ilin aprelindən bu tərəfə ən aşağı həddə 1.06 səviyyəsinə düşüb.324r

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər