11 C
Baku
Monday, November 18, 2024

Mərkəzi Bankın 1 illik notlarının gəlirliliyi 10%-ə çatıb

1 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) AZ2096024701 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9315.3240 (10.5%) manat və 9388.7901 (9.3%) manat olan 15 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 34 890 000 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9328.7063(10.28%) manat, orta ölçülmüş qiyməti isə 9361.6708 (9.74%) manat olaraq müəyyən edilmişdir. Sonuncu ay bu müddətə təqdim edilən notların gəlirliliyi 9.42% idi.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 08.02.2024-cü ildir.

Son xəbərlər
Digər xəbərlər