-1 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bankın 28 günlük notları üzrə hərrac iştirakçı sayı az olduğundan baş tutmayıb

11 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) AZ2170024700 dövlət qeydiyyat nömrəli 10 milyon manat həcmində 28 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

BFB bildirir ki, hərrac zamanı investorlar tərəfindən təklif olunan sifarişlər buraxılış şərtlərində emitet tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından hərrac baş tutmamışdır.

Xatırladaq ki, hərracda yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar iştirak edə bilər. Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur. Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab edilir.

Bununla belə, 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərracda 5 investor tərəfindən qiymət intervalı 9 629.7057 (8.24%) manat və 9 637.9350 (8.05%) olan 5 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 53 470 000 manat olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9 631.4370 (8.2%) manat və orta ölçülmüş qiyməti isə 9 632.5499 (8.17%) manat olaraq müəyyən edilmişdir. 4 oktyabr hərracında orta ölçülü gəlirlilik 8.16% idi. Faizlərin yüksəlməsi həm də hərracda tələbin öncəkindən daha zəif tələbli olmasının göstəricisidir.

AMB hər həftə hərraclarla 70 mln. manatlıq vəsait sterlizasiya edir.

Son xəbərlər
Digər xəbərlər