14 C
Baku
Saturday, November 23, 2024

Mərkəzi Bankın AniPay-i ilə aparılan əməliyyatların həcmi ilk 9 ayda ₼833 milyona çatıb

Azərbaycan Mərkəzi Bankının Ani Ödənişlər Sistemi (AniPay) ilə aparılan əməliyyatlar ilin ilk doqquz ayında 833 milyon manata yüksəlib.

Bunu Banker.az AMB-nin statistik bülleteninə istinad edir.

Məlumata əsasən, AniPay ilə aparılan əməliyyatlar illik müqayisədə 460 milyon manat və ya 2.2 dəfə artımış olub.

AniPay – Mərkəzi Bank tərəfindən yaradılmış və fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılmasına imkan verən sistemdir. Bu sistemindən “AniPay” mobil tətbiqi və ya müştərisi olduğunuz bankın internet bankçılıq xidməti vasitəsilə qeydiyyatdan keçib istifadə edə bilərsiniz. Siz FİN-i və ya mobil telefon nömrənizi daimi istifadə etdiyiniz bank hesabınızla əlaqələndirib “AniPay”-də qeydiyyatdan keçə bilərsiniz. “AniPay”-yə qoşulmaq ödənişsizdir və əməliyyat aparmaq yalnız manat ilə mümkündür. Əməliyyat sayına limit tətbiq edilmir. Büdcə, kommunal, rabitə, cərimə, sığorta və digər ödənişlərin vahid platformadan toplanılmasının təmin edilməsi məqsədilə yaradılmış Hökumət Ödəniş Portalı (HÖP) da “AniPay”-yə inteqrasiya edilib.

 

Son xəbərlər
Digər xəbərlər