7 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bankın “AniPay”i ilə ödənişlərdə “sıçrayış” – Ümumi ödənişlər ₼1 mlrd.-ı keçdi

Azərbaycanda 2023-cü ilin fevralında Ani Ödənişlər Sistemi (AniPay) ilə ödənişlərin həcminda “sıçrayış” olub.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 141 milyon manatlıq əməliyyat aparılıb. Bu da yanvarla müqayisədə 163% (2.6 dəfə) artıb.

2342423424242323

Beləliklə, ilin ilk iki ayında “AniPay” 193.9 mln. manatlıq əməliyyatlar aparılıb.

Tarix İlin ilk iki aylarında, mln. manat
2021                         28.00
2022                         62.00
2023                      193.98

 

“AniPay” 2020-ci ilin oktyabrından fəaliyyətə başlayıb. Bu sistem işə düşdüyü gündən bu günə qədər  1 mlrd. 71.5 mln. manatlıq əməliyyatlar həyata keçirib.

AniPay – Mərkəzi Bank tərəfindən yaradılmış və fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılmasına imkan verən sistemdir. Bu sistemindən “AniPay” mobil tətbiqi və ya müştərisi olduğunuz bankın internet bankçılıq xidməti vasitəsilə qeydiyyatdan keçib istifadə edə bilərsiniz. Siz FİN-i və ya mobil telefon nömrənizi daimi istifadə etdiyiniz bank hesabınızla əlaqələndirib “AniPay”-də qeydiyyatdan keçə bilərsiniz. “AniPay”-yə qoşulmaq ödənişsizdir və əməliyyat aparmaq yalnız manat ilə mümkündür. Əməliyyat sayına limit tətbiq edilmir. Büdcə, kommunal, rabitə, cərimə, sığorta və digər ödənişlərin vahid platformadan toplanılmasının təmin edilməsi məqsədilə yaradılmış Hökumət Ödəniş Portalı (HÖP) da “AniPay”-yə inteqrasiya edilib.

Son xəbərlər
Digər xəbərlər