-1 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bankın departamentinin adı dəyişdirilib

Azərbaycan Mərkəzi Bankının departamentinin adı dəyişdirilib.

Banker.az xəbər verir ki, bundan sonra Sığorta fəaliyyətinə nəzarət departamentinin adı dəyişdirlərək, Sığorta fəaliyyətinə dair siysət və nəzarət departamenti kimi adlandırlacaq.

Departamentin fəaliyyətinin əsas məqsədi səlahiyyətləri daxilində sığorta sahəsində tənzimləmə və nəzarətin effektiv həyata keçirilməsi ilə sığorta bazarının sabitliyinin və dayanqlığının təmin edilməsi, habelə sığorta bazarının iştirakçılarının hüquq və qanuni mənafelərinin qorunması üçün tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Departamentin dörd bölməsi var: . Maliyyə dayanıqlığına nəzarət şöbəsi; Bazar davranışına nəzarət şöbəsi; Sığorta siyasəti və metodologiya şöbəsi və Sığorta vasitəçilərinə nəzarət bölməsi mövcuddur.

Sığorta fəaliyyətinə dair siysət və nəzarət departamentinin direktoru Qurbanov Vüsal Cavanşir oğludur.

Son xəbərlər
Digər xəbərlər