Bunu iqtisadçı ekspert Samir Əliyev bildirib. Banker.azın verdiyi məlumata görə, iqtisadçı valyuta ehtiyatlarının azalması haqqında aşağıdakıları bildirmişdir.
“Ötən ay Mərkəzi Bankın valyuta ehtiyatı 127,2 milyon dollar və ya 3% azalaraq 4 milyard 5 milyon 500 min dollara düşüb. Bununla da ehtiyatın həcmi 8 il 9 aylıq minimuma düşüb. Sonuncu dəfə 2008-ci il yanvarın 30-u tarixinə valyuta ehtiyatı 3 milyard 928,5 milyon dollar olub. Bankın valyuta ehtiyatının rekord səviyyəsi isə 31 iyul 2014-cü ildə qeydə alınıb. Həmin vaxt Mərkəzi Bank 15 milyard 193.4 milyon dollarlıq ehtiyata malik olub. 2014-cü ilin payızından başlayaraq dünya bazarlarında neftin ucuzlaşması fonunda manatı qorumaq siyasəti Mərkəzi Bank ehtiyatlarını 11,2 milyard dollar “əridib”.
R:Exceldə SUBTOTAL və AGGREGATE funksiyalarının tətbiqi
Göründüyü kimi, ehtiyatın həcmi qırmızı həddə yaxınlaşıb. Mərkəzi Bank isə bu həddi keçmək niyyətində deyil. Ona görə də zəruri ehtiyac olmadan valyuta hərracında iştirak etməyə maraq göstərməyəcək. Manatın son hərraclarda ucuzlaşması tələbin yenə təklifi üstələməsini göstərir. İl sona yetir, Neft Fondu öz öhdəliklərini əsasən yerinə yetirib. Fond yola saldığımız 10 ay ərzində bazarda təxminən 6,5-7 milyard manat ekvivalentində dollar satıb. Fondun büdcə öhdəliyi 7,6 milyard manatdır. Digər xərcləri də nəzərə alsaq Fond ilin sonuna ən yaxşı halda 1-1,5 milyard manat ekvivalentində dollar sata biləcək. Bu isə aylıq 400-450 milyon dollar edir. Mərkəzi Bank isə ehtiyatlarını qorumağa çalışacaq və kritik hal yaranarsa bazara uzağı 100-200 milyon dollar çıxaracaq. Bununla da hərracda tələb yenə də üstünlüyünü qoruyub saxlayacaq. Deməli, ilin sonuna kimi manatın ucuzlaşması prosesi davam edəcək.”
Xatırlatmaq istərdik ki, AMB-nin açıqlamasın görə, 2016-cı il oktyabr ayının 30-a tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 5,5 mln. ABŞ dolları təşkil edib. Bu, sentyabr ayı ilə müqayisədə 3,08% və ya 127,2 mln. dollar azalma deməkdir.