9 C
Baku
Friday, December 13, 2024

Mərkəzi Bankın neftin qiyməti və məzənnə açıqlaması

Xarici mühit əlverişli olaraq qalır. İlkin məlumatlara görə yanvar-fevral aylarında xarici ticarət balansında 986.3 mln. dollar məbləğində müsbət saldo yaranmışdır. İxrac 42.6%, o cümlədən qeyri-neft ixracı 16.4% artıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin toplantısına dair açıqlamasında deyilir.

Son aylarda dünya bazarlarında əmtəə qiymətləri artım meyilli olmuşdur. 2019-cu ilin yanvar-fevral aylarında neftin dünya qiyməti orta hesabla 62 ABŞ dolları təşkil etmişdir. Neftin qiyməti ilin əvvəlindən 26% (14 ABŞ dolları) artmışdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri indeksi yanvar-fevral ayları ərzində 3.4% yüksəlsə də ötən ilin eyni dövrü ilə müqayisədə 2.2% aşağıdır.

Ticarət tərəfdaşı olan ölkələrdə orta inflyasiya səviyyəsi son aylar sabit qalmış, bu ölkələrin valyuta məzənnələrində kəskin tərəddüdlər baş verməyib.

İlin əvvəlindən ölkənin strateji valyuta ehtiyatları 4.1% artaraq 46.6 mlrd. ABŞ dollarına çatmışdır. Bu, tədiyə balansının profisitlə formalaşdığını göstərir.

Son xəbərlər
Digər xəbərlər