11 C
Baku
Monday, November 18, 2024

Mərkəzi Bankın notları üzrə hərrac keçirilib

22 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (ARMB) AZ2107024708 dövlət qeydiyyat nömrəli 35 milyon manat həcmində 168 gün tədavül müddətli notların və  AZ2108024707 dövlət qeydiyyat nömrəli 40 milyon manat həcmində 252 gün tədavül müddətli notların yerləşdirilməsi üzrə hərrac keçirildi.

Banker.az-a bu barədə BFB-dən məlumat daxil olub.

168 gün tədavül müddətli notlar. Hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 9,619.0000 (8.49%) manat və 9,644.4416 (7.9%) manat olan 13 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 81 220 000 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,624.0833 (8.37%) manat, orta ölçülmüş qiyməti isə 9,626.7711 (8.31%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 35,000,000 manat təşkil etmişdir. Notların ödəmə tarixi 07.12.2023-cü ildir.

252 gün tədavül müddətli notlar. Hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9,396.8182 (9.17%) manat və 9,450.9026 (8.3%) manat olan 14 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 87,330,000 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,401.1469 (9.1%) manat, orta ölçülmüş qiyməti isə 9,416.8602 (8.85%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 40,000,000 manat təşkil etmişdir. Notların ödəmə tarixi 29.02.2024-cü ildir.

Son xəbərlər
Digər xəbərlər