5 C
Baku
Monday, December 16, 2024

Mərkəzi Bankın notlarına 8 investor müştəri çıxıb – Orta gəlirlilik 6.94% təşkil edib

10 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2196024700 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 99412.3625(7.6%) manat və 99466.1981(6.9%) manat olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 69,000,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99460.8119 (6.97%) manat və orta ölçülmüş qiyməti 99462.9663 (6.94%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 07.02.2024-cü ildir.

Son xəbərlər
Digər xəbərlər