17 mart 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50101389S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Banker.az-a BFB-dan bildirilib.
Hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 99.5167 (6.24%) və 99.5543 (5.76%) olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 801 milyon 894.7 min manat olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5543 (5.76%), orta ölçülmüş qiyməti isə 99.5543 (5.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyonmanat təşkil edib
Notların ödəmə tarixi 14 aprel 2021-ci ildir.