9 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi bankın tələblərini hansı banklar pozur?

Banker.az saytı olaraq bankların hesabatlarını öz rəsmi səhifələrində yerləşdirmələri ilə bağlı mövzuya yenidən toxunmalı olduq.  Cari ilin ilk rübü apardığımız araşdırmada bankların vəziyyəti o qədər də ürəkaçan deyildi. Bir çox banklar öz hesabatlarını saytlarında yerləşdirməmişdilər. Artıq ilin sonuna yaxındır, lakin yenə də bir neçə bank hesabatlarını saytlarında dərc etməyib.

Mərkəzi Bankın audit hesabatları haqqında 58.5-ci qanununa əsasən bankların audit rəyi ilə təsdiq edilmiş ilin yekunlarına dair maliyyə hesabatı audit başa çatdıqdan sonra ən geci 1 ay müddətində kütləvi informasiya vasitələrində dərc olunmalıdır. Yenə də qanunvericiliyə görə, bankların maliyyə hesabatı martın 31-dək, audit hesabatları isə aprelin 20-dək hazır olmalı, rəsmi internet ünvanlarında yerləşdirilməlidir.

Qeyd edək ki, bu hesabatların ictimaiyyət üçün əsas mahiyyəti , banka əmanət qoymaq istəyən şəxsin bankın nə dərəcədə sağlam olmasında əmin olmaqdır. Hesabat olmadıqdan sonra isə bunu müəyyənləşdirmək qeyri mümkündür.

Aşağıdakı bankların veb səhifələrində 2013-ci ilin audit hesabatları dərc edilməmişdir. Belə çıxır ki, bu bankların ya ictimaiyyətdən gizlətdiyi maliyyə göstəriciləri vardır, ya da banklar ümumiyyətlə qanunvericiliyə məhəl qoymurlar.

hdfk

Son xəbərlər
Digər xəbərlər