6 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bankın rəhbəri yenidən seçilə bilər

Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Mərkəzi Bankı dövlət orqanı statusunu itirərək publik hüquqi şəxsə çevrilib.

İqtisadçı ekspertlərin fikrincə, bu hal yeni stiuasiyanın yaranmasına səbəb olub və Mərkəzi Bankın İdarə Heyətinin tərkibi yenidən formalaşdırılmalıdır.
İqtisadçı Samir Əliyev AzVision.az-a açıqlamasında Mərkəzi Bankda kadr dəyişikliyinin aparılmalı olduğunu deyib.

“Bu halda Mərkəzi Bankın İdarə Heyəti yenidən formalaşdırılmalıdır. Yəni, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov və İdarə Heyətinin digər üzvləri yenidən seçilməlidir.

Samir Əliyev
Samir Əliyev

Bunun üçün onları Milli Məclis yenidən təsdiq etməlidir. Bundan başqa Mərkəzi Bankın işçiləri ilə müqavilələr yenilənməlidir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədovun fikrincə, Mərkəzi Bankın İdarə Heyətinin yenidən formalaşması mümkündür:
“Mərkəzi Bankın müəyyən qədər səlahiyyəti azaldığı üçün İdarə Heyətinin tərkibində dəyişkliklərin olması mümkündür. Ola bilər ki, dəyişikliklər olmasın və əvvəlki tərkibdə fəaliyyətini davam etdirsin”,-deyə millət vəkili bildirib.
Son xəbərlər
Digər xəbərlər