1 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bankın sədri Taleh Kazımovun imzası ilə ilk pul dövriyyəyə buraxılır – 1 manat (FOTO)

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları 18 sentyabr 2023-cü il tarixindən etibarən tədavülə buraxılır.

Bu barədə Banker.az-a AMB-nin mətbuat xidmətindən bildirilir.

İmza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilmişdir. Həmçinin kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilib.

Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılmışdır.

Yenilənmiş 1 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaqdır.

Banknotun ön və arxa tərəfinin təsvirləri əlavə olunur.

manat

1s

 

Son xəbərlər
Digər xəbərlər