13 C
Baku
Tuesday, May 7, 2024

Mərkəzi Bankın sədrinə müavinlər təyin edilib

Rəşad Orucov Mərkəzi Bankın Baş direktoru, Əliyar Məmmədyarov isə Mərkəzi Bankın sədrinin müşaviri idi.
Rəşad Temraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Əliyar Qəhrəman oğlu Məmmədyarov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin olunub.
Qeyd edək ki, ötən həftə parlamentdə “Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında” Milli Məclisin qərar layihəsinə baxılıb.
Layihəyə əsasən, Rəşad Təmraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi təklif edilib. Hər iki namizəd iqtisadçıdır.
Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, Rəşad Orucov Mərkəzi Bankın Baş direktoru, Əliyar Məmmədyarov isə Mərkəzi Bankın sədrinin müşaviri idi.
Mərkəzi Bankın üzvləri 7 nəfərdən ibarətdir. Hər 5 ildən bir üzvlərin seçilməsinə baxılır.
Son xəbərlər
 ⁠
Digər xəbərlər