-1 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bankın son iki iclasına bazar necə reaksiya verib?

Azərbaycan Mərkəzi Bankı açıqlayıb ki, Azərbaycanda yeni verilmiş kredit və ya cəlb edilmiş depozitlərin faizləri (əsasən milli valyutada) düşüb. 

Son bir ayda (1 avqust 2020-ci il tarixinə) milli valyutada cəlb edilmiş depozitlərin orta faiz dərəcəsi 9.09%-dən 8.61%-ə, verilmiş kreditlərin orta faiz dərəcəsi isə 17.24%-dən 16.37%-ə enib. Bunu Banker.az Azərbaycan Mərkəzi Bankının iyul ayı üzrə açıqladığı statistik bülleteninə istinadən xəbər verir.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti  üzvləri yığışaraq 30 iyulda ölkədə uçot dərəcəsini 0.25% bəndi azaldaraq 6.75%-ə qədər azaltmağı qərar veriblər. Analoji azalma bəndi isə 19 iyun tarixində də verilmişdi. Buna qədər isə sonuncu faiz endiriminə 31 yanvarda gedib, ondan sonra ardıcıl iki iclasda heç bir “yuxarı-aşağı” heç bir qərar verilməyib.

merkezi bank
Mərkəzi Bank

Göründüyü kimi, manatda olan bu əmanətlərdə faiz dərəcələrinin 0.48 faiz bəndi, kreditlərin isə 0.87 faiz bəndi azalması Mərkəzi Bankın son iki iclasda gözləmə mövqeyindən yayınaraq ardıcıl uçot dərəcələrinin azaldılmasından qaynaqlanır.

Eyni azalma tempi xarici valyuta yalnız cəlb edilmiş əmanətlərlə bağlı demək mümkündür. Məsələn, Son bir ayda xarici valyutada cəlb edilən yeni əmanətlərin ödəniş faizləri 0.05% bəndi azalmaqla 0.77%-ə düşüb.

Xarici valyuta ilə kredit təşkilatlarının müştərilərə verdiyi kreditdə azalmaya rastlaşmırıq.  Kreditlərin orta faiz dərəcəsi əksinə 1.02% bəndi artaraq  5.78%-ə yüksəlib.

O da qeyd edilməlidir ki, iyun ayında depozitlərin faiz dərəcələri düşsə də, kreditlərdə, əksinə – manatda 3.08% bəndi, xarici valyutada isə 0.79% bəndi artmışdı. Banker.az analitiklərinin fikirincə maliyyə bazarı Mərkəzi Bankın iyulun son günündə verdiyi qərara da reaksiyasız qalmayacaq, kredit və depozitlərin faizləri azalacaqdır.

Son xəbərlər
Digər xəbərlər