9 C
Baku
Friday, December 13, 2024

Mərkəzi Bankın təşəbbüsü ilə “Bu günün qənaəti, sabahın təminatı” adlı yay məktəbi keçirilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə maarifləndirməsi istiqamətində 18- 22 iyul 2016-cı il tarixlərində 7-10 yaşlı uşaqlar üçün “Bu günün qənaəti, sabahın təminatı” adlı yay məktəbi təşkil etmişdir.

Yay məktəbi Beynəlxalq Maliyyə Korporasiyası, Azərbaycan Banklar Assosiasiyası, yerli bank və sığorta şirkətinin  maliyyə, həmçinin ticarət müəssisəsinin təşkilati dəstəyi ilə baş tutmuşdur. Yay məktəbində 20 uşaq iştirak etmək hüququ qazanmışdır.

Yay məktəbinin əsas məqsədi uşaqların pulun tarixi, pul nişanları, büdcə anlayışı və şəxsi büdcənin hazırlanması, qənaət və israf, yığım mövzuları üzrə əyləncəli formada maarifləndirilməsi olmuşdur. Mövzuların uşaqlara lazımi səviyyədə çatdırılması məqsədilə sessiyalar interaktiv şəkildə aparılmış, maarifləndirici oyunlar və əyani vəsaitlərlə dəstəklənərək, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Sessiyaların sonunda sual-cavab formatlı müsabiqə və yarışlar həyata keçirilmişdir.

Yay məktəbində iştirakçılar İçəri Şəhərdəki qədim pul ekspozisyası və Mərkəzi Bankın xəzinəsinə də ekskursiya etmişdir.

Yay məktəbinin iştirakçıları sonda təlim materialları, müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırılmışdır. Qeyd edək ki, bu tipli tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər