12 C
Baku
Wednesday, December 11, 2024

Mərkəzi Bankın valyuta ehiyatları $9.8 milyarda çatdı

BANKER.AZ — Azərbaycan Respublikası Mərkəzi bankının xarici valyuta ehtiyatlarının həcmi 29 sentyabr 2023-cü il tarixinə 9 milyard 775.3 milyon ABŞ dolları təşkil edib.

Bununla da AMB-nin xarici valyuta ehtiyatları son bir ayda 411 milyon dollar (4.39%), ilin əvvəlindən isə 713.9 milyon (7.88%) artıb.

Qeyd edək ki, avqust ayında da əhalidən alınan nağd dollar onlara satılandan daha çox olub. Ətraflı.

AMB faiz dəhlizinə dair 20 sentyabr tarixli açıqlamasında bildirib ki, ölkənin valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin ilin 8 ayında 18% möhkəmlənib.

Xarici mühitin əlverişli olaraq qalması valyuta bazarında tarazlığın dəstəklənməsində xüsusi rol oynadığı qeyd edilmişdi. Bildirilmişdi ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 5.2 mlrd. ABŞ dolları və ya ÜDM-in 14.5% səviyyəsində olub. 2023-cü ilin sonuna baza ssenari üzrə cari əməliyyatlar hesabında ÜDM-in təxminən 15%-i həcmində profisit proqnozlaşdırılır.

Cari ilin 8 ayında Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99%-də təklif tələbi üstələmişdir. Bu dövrdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 122 mln. ABŞ dolları olmaqla alışyönlü olub.

“Təklifin tələbi kəskin üstələməsi şəraitində valyuta bazarında tarazlığı təmin etmək üçün əsasən fiskal əməliyyatlarla əlaqədar Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxiləsinin artmasına zərurət yarana bilər”- deyə, AMB bildirib.

2323232323

 

Son xəbərlər
Digər xəbərlər