15 C
Baku
Tuesday, December 2, 2025

Mərkəzi Bankın valyuta ehtiyatları $11.4 mlrd.-ı keçib

Azərbaycan Mərkəzi Bankı xarici valyuta ehtiyatlarını noyabr ayında daha 65.5 mln. manat və ya 0.6 faiz artırıb. Bu da son 13 ayın maksimum göstəricidir.

Banker.az xəbər verir ki, 1 dekabr tarixinə AMB-nin valyuta ehtiyatları 11 mlrd. 434 mln. dollara yüksəlib.

Sonuncu dəfə AMB-nin valyuta ehtiyatları bu həcmdə 2024-cü ilin sentyabrında olmuşdu. Həmin dövrdə 11 mlrd. 796 mln. dollar olmuş, sonrada azalaraq noyabrda 10 mlrd. 960 mln. dollara enmişdi.

AMB-nin valyuta ehtiyatı ötən ilin son rübündə ümumilikdə 828 mln. dollar azalmışdı. Mərkəzi Bank bir rübdə azalan valyuta ehtiyatını 11 aya yalnız 474 mln. dollarını bərpa edə bilib.

234234 scaled

Azərbaycan Mərkəzi Bankı isə ötən il bunu valyuta bazarındakı tələbi dəstəkləmək üçün 424 mln. dollar məbləğində “xüsusi satış” həyata keçirdiyini bildirmişdi. AMB sədri Taleh Kazımov bunun intervensiya kimi deyil, xarici valyutada dövlət xərclərinin icrasına dəstək məqsədilə edildiyini vurğulamışdı.

5445645654 scaledMərkəzi Bankın uçot faiz dərəcəsinə dair son iclasda bildirib ki, xarici valyuta bazarında vəziyyət stabildir – təklif tələbi üstələyir.

Digər mühüm açıqlamalar:

▫️Son 7 ayda mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını qabaqlayıb.
▫️ Rezident fiziki şəxslərin dollarlaşma səviyyəsi 1.8 faiz bəndi azalıb, sentyabrda 29%-ə düşüb.
▫️ Xarici sektor göstəriciləri əlverişli qalır – 2025-ci ilin 9 ayında xarici ticarət balansı 1.8 mlrd dollar profisit göstərib.
▫️ Pul baratları üzrə xalis daxilolmaların müsbət dinamikası tədiyə balansının profisitli olmasını dəstəkləyir.
▫️ AMB 2025-ci ilin sonu üçün cari hesabın profisitini cüzi artırmağı proqnozlaşdırır, 2026-cı il üçün isə dəyişiklik yoxdur.

Son xəbərlər
Digər xəbərlər