9 C
Baku
Friday, December 13, 2024

Mərkəzi Bankın valyuta ehtiyatları $11 milyarda çatdı

Azərbaycan Mərkəzi Bankı valyuta bazarına 1.4 milyard ABŞ dolları alışyönlü  müdaxiləsi nəticədə valyuta ehtiyatları 20.3% artıb.

Banker.az bunu AMB-nin press-relizinə istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankın xarici valyuta ehtiyatları $10.8 milyardı keçib.

30 noyabr 2023-cü il tarixinə AMB-nin valyuta ehtiyatları $10.6 mlrd. olmuşdu.

Tənzimləyici bu artımı Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisitlə tamamlanması ilə əlaqələndirir. Belə ki, təkcə ilin ilk 9 ayında $6.7 mlrd. tədiyə balansında profisit yaranıb.

Beləliklə, ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 95%-də təklif tələbi üstələyir.

AMB bildirib ki, mövcud meylilərin davam etməsi halında 2024-cü ildə də Mərkəzi Bankın valyuta bazarına müdaxiləsinin alışyönlü olması ehtimalı var.

Son xəbərlər
Digər xəbərlər