16 C
Baku
Friday, November 22, 2024

Mərkəzi Bankın valyuta ehtiyatları $424 mln. azalıb, sədr deyir bu “müdaxilə” deyil

Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatları 2024-cü ilin 1 noyabr tarixinə  11 milyard 372 milyon ABŞ dolları həcmində olub.

Banker.az xəbər verir ki, bu da son bir ayda 424.1 milyon dollar və ya 3.6% azalmadır.

Oktyabrda  Mərkəzi Bank tərəfindən xarici valyutada 424 mln. ABŞ dolları məbləğində xüsusi satış olmuşdur.

AMB sədri bu gün faiz dəhlizinə dair press-konfransda bildirib ki, bunu valyuta bazarına “müdaxilə” hesab edilməməlidir, çünki dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə bu satışlar baş tutub.

Beləliklə, Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 241 mln. ABŞ dolları azalmışdır.

Valyuta satışı Mərkəzi Bank tərəfindən 2023-cü ildə valyuta bazarından alınmış 2.1 milyard ABŞ dolları həcmində xarici valyuta hesabına aparılmışdır. Valyuta satışı əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verir ki, bu da ortamüddətli dövrə makroiqtisadi dayanıqlığı dəstəkləyir.

 

Son xəbərlər
Digər xəbərlər