7 C
Baku
Tuesday, March 3, 2026

Mərkəzi Bankın valyuta ehtiyatları son 16 ayın maksimumuna yüksəlib

Azərbaycan Mərkəzi Bankı xarici valyuta ehtiyatlarını 2026-cı ilin fevralında 50.6 milyon ABŞ dolları və ya 0.44% artırıb. Bu da son 16 ayın ən yüksək səviyyəsinə yaxındır.

Banker.az xəbər verir ki, 28 fevral 2026-cı il tarixinə ehtiyatlar 11 milyard 614 milyon dollar olub. Bu da son

Bununla belə, AMB 2024-cü ilin IV rübündə “əritdiyi” ehtiyatların yalnız 78.3 faizini bərpa edə bilib. Həmin vaxt üç aya ardıcıl ümumilikdə 836.3 milyon dollar azalmışdı. AMB isə valyuta bazarındakı tələbi dəstəkləmək məqsədilə 424 mln. dollar məbləğində “xüsusi satış” həyata keçirdiyini bildirmişdi. AMB sədri Taleh Kazımov bunun intervensiya kimi deyil, xarici valyutada dövlət xərclərinin icrasına dəstək məqsədilə edildiyini vurğulamışdı. Xatırlatma ilə bildirə bilərik ki, 2024-cü ilin sentyabrın sonunda xarici valyuta ehtiyatları 11 milyard 796 milyon dollar idi.

AMB-nin 4 fevral faiz iclasında bildirilib ki, valyuta bazarındakı stabillik qiymət sabitliyinin təmin edilməsində mühüm rol oynamağa davam edir. 2025-ci ildə mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 423 mln. ABŞ dolları üstələyib.

2026-cı ilin yanvarında banklar əhaliyə nağd 135.6 milyon ABŞ dolları satdığı halda, onlardan cəmi 124.9 milyon dollar alıblar.

Valyuta bazarında tarazlığın formalaşmasında həlledici rol oynayan xarici sektor göstəriciləri əlverişli olaraq qaldığı bildirilir. Gömrük statistikasına əsasən, 2025-ci ildə ölkənin xarici ticarətində 0.7 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. İlkin qiymətləndirmələrə görə, qızıl idxalı çıxılmaqla xarici ticarətdə müsbət saldo 6.9 mlrd. ABŞ dollarını üstələyib.

423242 scaled

Mərkəzi Bankın yenilənmiş makroiqtisadi proqnozlarına uyğun olaraq 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir.

Bu arada digər vacib məqam isə, Azərbaycanın ixrac payında əsas yükə sahib olan neft və qaz qiymətlərində geosiyasi risklər fonunda müvafiq olaraq 10% və 50% artımlar qeydə alınıb.  Brentin hazırda bir bareli 80 dollar, Avropada isə təbii qazın hər 1000 kub-m təqribən 500 dollar üzərindədir. Bu Azərbaycan hökumətinin hər iki göstərici üzrə proqnozlarından xeyli yuxarıdır.

Azərbaycan Mərkəzi Bankı 2026-cı ildə dünya bazarında neftin 1 barelinin orta qiymətinin 64 dollar olacağını gözləyir. Təbii qazın 1 000 kubmetrinin orta qiymətinin 288 dollar dəyərində proqnozlaşdırıldığını deyib.

2342342 scaled

Son xəbərlər
Digər xəbərlər