Mərkəzi Bankın xarici valyuta ehtiyatları son ayda 53 mln. dollar artıb və bu, 2024-cü ildə ən böyük aylıq artımdır.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, xarici valyuta ehtiyatları 31 may 2024-cü il tarixinə 11 milyard 713.7 mln. dollar təşkil edib.
Son bir ildə isə AMB-nin xarici valyuta ehtiyatları 2 mlrd. 538 mln. dollar və ya 27.6% artıb.
Mərkəzi Bank açıqlamalarında bildirib ki, AMB-nin valyuta bazarına müdaxiləsi alışyönlü olub.