8 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi açıqlandı

Dekabr ayında rəsmi valyuta ehtiyatları 409,5 milyon dollar artıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2014-cü il yanvarın 1-nə 14 152,0 mln. ABŞ dolları təşkil edib. Bu, ötən ilin yanvarın 1-nə nisbətən 2 457,2 mln. dollar və ya 21% çoxdur.

AMB-dən verilən məlumata görə, təkcə dekabr ayında rəsmi valyuta ehtiyatları 409,5 mln. dollar və ya 3% artıb:

Göründüyü kimi, 2012-ci illə müqayisədə Mərkəzi Bankın valyuta ehtiyatlarının artım tempi müəyyən qədər yüksəlib. Belə ki, 2012-ci il ərzində valyuta ehtiyatlarının həcmi 1,213 mlrd. dollar və ya 11,6% artıb.

Orta hesabla 2012-ci ildə aylıq artım 101 mln. dollara bərabər olub, ötən il isə həmin göstərici 204,8 mln. dollara yaxın olub.

Apa.az

Son xəbərlər
Digər xəbərlər