Azərbaycan Respublikasının xarici ticarət balansında 2023-cü ilin ilk 9 ayında 13.9 mlrd. ABŞ dolları orofisit yaranıb.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının press-relizində bildirilir.
İlin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99%-də təklif tələbi üstələmişdir.
Bu səbəbdən 10 ayda Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 1 milyard 247.9 mln. ABŞ dolları təşkil etməklə alışyönlü olmuşdur.
Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 16.8% və ya 1.5 mlrd. ABŞ dolları artaraq 10.5 mlrd. ABŞ dollarına çatmışdır.