10 C
Baku
Saturday, November 23, 2024

Mərkəzi Bankın xarici valyuta ehtiyatları $11.64 mlrd.-a çatdı

Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatlarının həcmi 31 yanvar 2024-cü il tarixinə 11 milyard 637 milyon ABŞ dolları olub.

Banker.az xəbər verir ki, bu yanvar ayında AMB-nin ehtiyatları 24 mln. dollar və ya 0.21% artırmasıdır.

Son bir ildə isə ehtiyatlar 2 mlrd. 576 mln. dollar və ya 28.6% artıb.

AMB son iclasda bildirib ki, 2023-cü ilin 21 dekabr iclasından bəri monetar şəraitə təsir göstərən başlıca hadisə gözlənildiyi kimi fiskal sektor üçün irihəcmli valyuta alışlarının həyata keçirilməsi olmuşdur.

Ümumilikdə, 2023-cü ildə Mərkəzi Bankın valyuta bazarında alışyönlü müdaxiləsinin həcmi 2.1 mlrd. ABŞ dolları olub.

Açıqlamada qeyd edilir ki, “mövcud meyillərin davam etməsi halı”nda son 2 ildə olduğu kimi 2024-cü ildə də Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü ola bilər.

photo 2024 02 01 14 52 23

Son xəbərlər
Digər xəbərlər