Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatları son ayda da yüksəlib.
Banker.az bunu AMB-nin rəsmi açıqlamasına istinad edir.
Belə ki, son bir ayda 13 mln. dollar (0.11%) və son bir ildə isə 2 mlrd. 607 mln. dollar (28.8%) artaraq 11 mlrd. 650 mln. dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı pul siyasəti ilə bağlı bəyanatında valyuta hərraclarında alışyönlü intervensiya edəcəyini açıqlamışdı.