23 C
Baku
Saturday, April 27, 2024

Mərkəzi Bankın xarici valyuta ehtiyatları artaraq $11 milyardı keçib

Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyuta ehtiyatları 11 milyard ABŞ dollarını ötüb.

Banker.az bunu AMB-yə istinadla xəbər verir.

Məlumata görə, 30 dekabr 2023-cü il tarixinə Bankın valyuta ehtiyatlarının həcmi 11 milyard 613 milyon ABŞ dolları təşkil edib. Bir faktı qeyd edək ki, AMB-nin xarici valyuta ehtiyatları sonuncu dəfə bu həddə 2015-cü ilin ilk devalvasiyası ərəfəsində olmuşdu. Həmin ilin yanvarın sonu 12 mlrd. 680.8 mln. dollardan 11 mlrd. 4 milyon dollara düşmüşdü.

2023-cü ilin dekabrında valyuta ehtiyatları 997 milyon dollar və ya 9.39% artımdır. Bununla Mərkəzi Bank son 1 ildə ən yüksək alışyönlü intervensiya edib. Aylıq müqayisə ilə götürsək, 2022-ci ilin dekabrından bu tərəfə ən yüksək artımdır.

Mərkəzi Bank son faiz açıqlamasında bildirib ki, tədiyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisitlə əlaqədar ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 95%-də təklif tələbi üstələmişdir. Bu şəraitdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olub.

Beləliklə, 2023-cü ildə AMB valyuta ehtiyatlarını 2 milyard 617 milyon dollar və ya 32.8% artırmış olub.

21212212

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər