Bu il iyulun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 6 milyard 436,3 milyon ABŞ dolları təşkil edib.
Banker.az AMB-yə istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 21,9 milyon dollar və yaxud 0,3% çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 178,3 milyon dollar və yaxud 28,5%, son 1 ildə isə 496,9 milyon dollar və yaxud 8,4% artıb.