16 C
Baku
Thursday, April 25, 2024

Mərkəzi Bankının valyuta rejimini liberallaşdırması “çirkli pulların yuyulması”nın qarşısını almaq məqsədi daşıyır

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta rejimini liberallaşdırması “çirkli pulların yuyulması”nın qarşısını almaq məqsədi daşıyır”

Bunu jurnalistlərə açıqlamasında AMB-nin sədr müavini Alim Quliyev bildirib.

“Bu gün Azərbaycanın tədiyyə balansı kifayət qədər profisitlidir. İdxala, valyuta rejiminə nəzarətlə bağlı ciddi islahatlar aparılıb. Odur ki, belə bir qərar qəbul olundu. Bu gün hər bir vətəndaş 10 min ABŞ dollarına qədər vəsaiti ölkədən rahat çıxara bilər. Odur ki, valyuta rejimi həmin məbləğdən çox olan əməliyyatlara tətbiq olunur”, – deyə o, qeyd edib.

Bundan başqa, AMB rəsmisinin sözlərinə görə, 2019-cu ildə banklar valyuta rejimi ilə bağlı tənzimləyici quruma 13 minə yaxın müraciət ünvanlayıb: “Bunlardan 8 mini məhkəməyə göndərilib və 5 minə yaxını ilə bağlı inzibati cəza (cərimə) tətbiq edilib”.

©Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər