8 C
Baku
Tuesday, March 19, 2024

Mərkəzi banklar dünyanı xilas edə bilərdilər – Bunu bacarmadılar

Son onilliklər ərzində mərkəzi banklar çox şey etdilər. Lakin, onların böhranın əvvəlində şişirtdiyi kredit və işsizlik köpüyü hər kəsin yaddaşında həkk olunub. 30 il bundan əvvəl banklar böyük inflyasiyanın baş verməsinə səbəb olan bir sıra provokasiya edici addımlar atdılar. Hətta ABŞ-ın 1937-ci il resessiyası belə Federal Ehtiyatlar Sisteminin (FED) boynundadır. Çox vaxt bu, tənzimləyicilərin boş-boş durmasından irəli gəlir.

Mərkəzi banklar başlayırlar və… məğlub olurlar

Monetar siyasətə düzgün olmayan nələrsə daxil olub. Qeyri-iqtisadi problemlər öz həlli yolunu tapdıqda, mərkəzi bankların zəifliyi daha çox nəzərə çarpır. Belə ki, məsələn, yeni istehsal texnologiyaların yeridilməsi, ətraf mühitin çirklənməsinə mane ola bilər. Pul və kreditlər daha kiçik problem kimi görünür və bizə elə gəlir ki, onları idarə etmək daha asandı. Əslində isə maliyyə tənzimləyicilərin imkanları daha genişdir. Mərkəzi banklar faiz dərəcəsini müəyyən edirlər, kreditləşməyə nəzarəti həyata keçirirlər, pulları yaradırlar və məhv edirlər və s.

Məlum oldu ki, mərkəzi bankların imkanları kifayət deyil. Baş verənlərə yanaşmanı da dəyişmək lazımdır. Məsələn, biz başa düşməliyik ki, qiymətlərin sabitliyi həm maliyyə aktivləri üçün, həm də istehlak malları üçün eyni dərəcədə əhəmiyyətlidir. Lakin son zamanlarda bazarlar sabitlik ilə fərqlənmirlər. Fond bazarları investisiyalara daha çox meyllidirlər. Yaşayış yerlərinin qiymətləri istehlakçının davranışını dikdə edir. Qiymətlərin dəyişməsi təkcə alıcıları deyil, eyni zamanda istehsalçıları və tikinti fəaliyyəti ilə məşğul olan şəxsləri də narahat edir. Əgər bütün bunları faiz dərəcəsinə vursaq, qeyri-sabit iqtisadi vəziyyət almış oluruq.

Funksiyaların düzgün paylanması – müvəffəqiyyətin açarıdır

Bununla yanaşı mərkəzi banklar hər şeyə qadir olan və hər şeyi bilən olmağa çalışmalı deyillər. Onlar bazarları planlayanlar olmalı deyillər. Misin və ya aparıcı şirkətlərin səhmlərinin qiymətini müəyyən etmək onların işi deyil. Əlbəttə ki, sərmayəçilər və spekulyantlar bir neçə dərs götürməli olacaqlar, axı sabitlik onlara sərf eləmir.

Pulların emissiyası – mərkəzi bankların fəaliyyətinin ən vacib elementidir. Onlar pulların buraxılması prosesinə nəzarət etməlidirlər, bu proses çox vacibdir və kommersiya təşkilatlarına həvalə edilə bilməz. Məsələn, çox geniş yayılmış təcrübə – yeni pullar hesabına kreditlərin verilməsi. Adətən bu təcrübə çox yaxşı nəticələr verir, lakin banklar həddindən artıq çox pul istehsal edərək spekulyasinı provokasiya edirlər. Nəticədə, maliyyə sektoru şişir, real iqtisadiyyat isə pul almır.

Valyuta məzənnəsi xüsusi diqqətə layiqdir. Bir çox mərkəzi banklar, süni devalvasiyasının əks-səmərəsizliyini inkar etməyi davam edirlər. Kəskin düşmə yalnız qısamüddətli nəticə verir, ortaya çıxan dəyişkənlik isə investorları qorxudur. Bazarlar onsuz da sağlam deyillər və onların müalicəsi istiqamətində görülən tədbirlərin heç biri nəticə verməyib.

Son xəbərlər
Digər xəbərlər