3 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi banklar necə işləyir?

Mərkəzi banklar – iqtisadi artımı dəstəkləməyə yönəlmiş və iqtisadiyyatı ümumilikdə tənzimləyən bir təşkilatdır. Sadə dillə desək, Mərkəzi bank inflyasiya, investisiya köpüyü, iflas və depressiya kimi mənfi risklər olmadan iqtisadiyyatın sürətlə artımından yana maraqlıdır.

Bütün dünya üzrə müxtəlif Mərkəzi banklar mövcuddur. Onlardan ən nəhənglərinin bəzilərinə nümunə olaraq ABŞ Federal ehtiyat sistemi, Avropa Mərkəzi bankı, İngiltərə bankı, Yaponiya bankı, İsveçrə Milli bankı, Avstraliya Ehtiyat bankını göstərmək olar.

Mərkəzi bankların işi iqtisadiyyatın artımını mümkün ola biləcək qədər yüksək şəkildə dəstəkləmək üçün pul siyasətinin aparılmasıdır.

Mərkəzi banklar faiz dərəcələrini necə təyin edir?

Mərkəzi banklar faiz dərəcələrini pulun dəyərinin azaldılması hesabına həyata keçirirlər. Onlar bunu bazardakı digər kreditorların faiz dərəcələrini endirmək yolu ilə edir.

Tutaq ki, Federal ehtiyat sistemi faiz dərəcəsini 0,25%-dən 0,5%-ə endirmək istəyir. Bu dəyişikliyin baş veməsi üçün, o pul təklifini artırmalıdır ki, nəticədə də pulun dəyəri düşür. Pulun dəyərinin lazım olan dərəcəyə enməsi üçün FES yeni pul vəsaitləri yaradır (kağız pul olaraq deyil, əsas olaraq elektron valyuta qismində) və onları bazara buraxır.

Mərkəzi banklar əlçatan pulların miqdarını azaltmaqla faiz dərəcələrini yüksəldirlər. Onlar faiz dərəcələrini qaldırırlarsa, o zaman həmçinin:

  1. Bazara hazırda olduğundan az pul buraxır
  2. Bazardan pul götürür

Pul təklifi azaldıqda, pulların dəyəri yüksəlir. Bunu anlamaq çox asandır: hər hansı bir şey az olduqda onun dəyəri də çox olur. Və əksinə bir şeydən kifayət qədər çox olduqda, onun dəyəri də aşağı olur.

Son xəbərlər
Digər xəbərlər