-1 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi banklar niyə qızıl alır?

BANKER.AZ — 54 il öncə 1968-ci ildə London Külçə Bazarı iki həftə bağlandı. Dünyanın ən böyük qiymətli metal bazarında qızıl bitmiş, Avropa mərkəzi bankları tərəfindən Amerikanın saxlandığı 5 aylıq dövr ərzində tükənmişdi. Böhran 1944-cü ildən bəri dolları qızıla, başqa yerlərdəki valyutaları isə dollara bağlı saxlayan *Breton-Vuds standartının sonunun başlanğıcı oldu.

İndi mərkəzi banklar necə deyəllər “acgözcəsinə” yenidən qızıl alırlar. Təkcə 2022-ci ilin üçüncü rübündə 400 ton ehtiyatlarına daxil olub. Beləliklə, yanvar-sentyabr aylarında ümumi həcmi 670 tona çatdırdı ki, bu da “Külçə Bazarı” böhranından bu yana görünməmiş bir artım tempdir. May ayında Türkiyənin qızıl alışı bir anda 20 tona çatdı. “The Economist” jurnalı yazır ki, Hindistan və Qətər bu mövzuda daha “acgözlük” edir. Qızılı yarıya qədər azaltmağı planlaşdırdıqdan aylar sonra bu metal indi Özbəkistanın ehtiyatlarının üçdə ikisini təşkil edir. Qazaxıstan da isə azalma ikiqat olub.

centrla bank gold

Qızıl az  və ya sıfır gəlirliliyə sahib olan investisiya aləti olsa da, indiki zamanda onu populyarlaşdıran bazardakı qeyri-müəyyənlik və inflyasiyadır.

Uzunmüddətli perspektivdə o, dəyərli ehtiyat kimi görünür və heç bir fərdi iqtisadiyyata bağlı deyil, yerli siyasi və maliyyə qarışıqlıqlarına qarşı immunitet kimi görünür. Lakin real durumda bu xatırlanmalıdır ki, bu il qızılın qiyməti 3% azalıb.

Keçmişdə olduğu kimi, qızıl külçələri almaq da portfelindəki dollarlardakı aktivlərini satmaqdan keçir . Bu vaxt istisna olmaqla, avropa deyil, inkişaf etməkdə olan bazarlar dollardan şikayətlənir. Onların idxalı və xarici borclarını ödəmək üçün dollar lazımdır. Amma onların ehtiyatları faktiki banknotlardan deyil, daha çox xəzinələrdən ibarətdir. Federal Ehtiyatlar faiz dərəcələrini artırdıqca, gəlirləri artırdıqca, dövlət qiymətli kağızının dəyəri aşağı düşürdü. Kiçik mərkəzi banklar bunu Fed-in inflyasiyanı ram etməkdənsə, onları qiymətli metala dəyişdirmək üçün bir işarə kimi qəbul edirlər.

Qızıl, ehtiyatlarının çoxu mart ayından bəri dondurulmuş və bankları əsasən dollara əsaslanan beynəlxalq ödəniş sistemindən ayrılmış Rusiyaya qarşı Qərbin sanksiyalarından yan keçmək üçün bir yol təqdim edir. Demək olar ki, heç bir mərkəzi bank rublu valyuta ehtiyatı kimi saxlamır. Ənənəvi olaraq Kremllə kifayət qədər iş görən ölkələr üçün – Türkiyədən Türkmənistana qədər – qızıl alternativ mübadilə vasitəsi təklif edir. İnkişaf etməkdə olan bazarlar bu səbəbdən də qızılı alıb ehtiyata atmaqda daha maraqlı.

Bu hazırda Qərbin edə biləcəyi bir şey deyil. Rusiya qızılı London bazarında qadağandır, lakin heç kim onun qızıl ehtiyatlarını ala bilmir, bu ehtiyatlar əsasən öz mədənlərindən alınır. Rusiyanın mərkəzi bankı artıq nə qədər qızıl saxladığını bildirmir, bu da qlobal miqyasda svopları izləməyi mümkünsüz edir. Fiziki metalın daşınması məntiqi başağrısıdır, lakin o, əməliyyatları Qərbin rəqəmsal radarı altında saxlayır, bu, Qətər və ya Türkiyə kimi hər iki tərəflə münasibət saxlayanlar üçün faydalıdır.

Ticarət orqanı olan Ümumdünya Qızıl Şurası, “naməlum alıcıların” bu ilki qazancın böyük bir hissəsini təşkil etdiyini demişdi.

Dollar üçün bir təsəlli odur ki, heç bir başqa valyuta güc qazana bilməyib. Qlobal miqyasda yuanda saxlanılan xarici ehtiyatların hissəsi bu il dayanıb. Avro, yen və funt da hələ ki, “su altında”dır.

*Bretton-Vuds sistemi, Bretton-Vuds razılaşması (ing. Bretton Woods system) — 1-24 iyul 1944-cü il tarixlərində keçirilmiş Bretton-Vuds konfransı nəticəsində qurulan pul münasibətləri və ticarət hesablaşmalarının təşkili üçün beynəlxalq sistem. Maliyyə sistemini “qızıl standartına” görə dəyişdirdi. ABŞ-ın New Hampshire əyalətindəki Bretton Woods kurortunun adını daşıyır. Konfrans Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq Valyuta Fondu (BVF) kimi təşkilatların təməlini qoydu.

Son xəbərlər
Digər xəbərlər