10 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi banklar və qızıl: bu sevgi nə qədər davam edəcək?

Bir neçə ildir ki, müxtəlif ölkələrin mərkəzi bankları qızılın ən fəal alıcılarıdır. Bu tendensiya sürətli qiymət artımına səbəb olsa da, tendensiyanın davam etməsi ehtimalı var.

Banker.az xəbər verir ki, bu haqda “Australia & New Zealand Banking Group Ltd.” məlumat verir.

more“İndiki şəraitdə, inkişaf etməkdə olan ölkələrin valyutaları ilə bağlı qeyri-müəyyənlik yüksək olduqda, Rusiya, Türkiyə, Qazaxıstan və Çin kimi ölkələrin portfellərini şaxələndirməyə davam etmək üçün yaxşı bir səbəb var”, – ANZ-in araşdırmasına Bloomberg yazır. Bankın qiymətləndirmələrinə görə, bu sektorun xalis alışlarının 650 tondan çox olacağı ehtimal olunur.

Bazar ertəsi günü qızılın qiyməti 1,555 dollara çatmışdır və bu, son altı ildə ən yüksək qiymətdir. Bu il qiymət artımı 19% təşkil etmişdir. Ticarət müharibələrinin genişlənməsi, borc bazarında gəlirliliyin aşağı düşməsi, ABŞ-da tənəzzül təhlükəsi və dünya MB və FED tərəfindən geniş miqyaslı təşviqləri ilə bağlı olan gözləntilər. Qızıla münasibətdə marağın artmasına səbəb olur.

olur

Mütəxəssislərin fikrincə, uzun müddətdir qızıl bazarında qiymətləri fyuçers müqavilələrinin köməyi ilə tənzimləyən və qiymətlərin yüksəlməsinə imkan verməyən kartel işləyib. Lakin indi fiziki tələb o qədər böyükdür ki, banklar onu ödəyə bilmirlər.

Qeyd edək ki, ümumi qızıl ehtiyatlarının təxminən 10%-ni mərkəzi banklar alırlar.

“Çin Xalq Bankının qızıl ehtiyatları 1936 ton təşkil edir və bu, beynəlxalq ehtiyatların 3%-dir”, – ANZ qeyd edir.

Ümumdünya Qızıl Şurasının verdiyi məlumata görə, cari ilin ilk altı ayında mərkəzi banklar ümumilikdə 374,1 ton qızıl alıblar. Bu tendensiyanın davam etməsi gözlənilir: mərkəzi bankların keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 54%-i yaxın 12 ayda artım gözləyir.

 

 

 

Son xəbərlər
Digər xəbərlər